Burada sizin reklamınız ola bilər

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 4% artıb
29 İyul 2020 , 15:22

Azərbaycanda ticarət və xidmət sektorunun kreditləşməsi 4% artıb


Bu ilin iyul ayının 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 91,6 mln. manat və ya 4% artaraq 2 395 mln. manata çatıb.

 

Azərbaycan Mərkəzi Bankından Primetime.az-a verilən məlumata görə, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 18,6 mln. manat və ya 0,8% azalıb.

 

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi 16,5% təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi çoxdur, illik müqayisədə isə 0,6% faiz bəndi azdır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR