Burada sizin reklamınız ola bilər

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı
29 İyul 2020 , 23:57

FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı


ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED), bazarın gözlədiyi kimi, uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.

 

Primetime.az bildirir ki, bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir.

 

“İctimai səhiyyənin davam edən böhranı yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərəcək və ortamüddətli perspektivdə iqtisadi perspektivlər üçün əhəmiyyətli risklər yaradacaq. Bu hadisələrin fonunda komitə federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% saxlamağa qərar verib", - məlumatda deyilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR