Burada sizin reklamınız ola bilər

Bəzi ixtisaslar üzrə keçid balı dəyişib
30 İyul 2020 , 16:58

Bəzi ixtisaslar üzrə keçid balı dəyişib


Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme); Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education); Yüksək yerləşdirmə (Advanced Placement) təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparıldığı ixtisaslar və ixtisaslar üzrə keçid balı dəyişib.

 

Primetime.az-ın  məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbuluŞərtləri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

 

Dəyişikliyə əsasən, nəzərdə tutulmuş təhsil proqramları üzrə keçid balı aşağıdakı kimidir.:

 

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme) – 25-35;

 

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi.

 

(Advanced Level of General Certificate of Education) – C və ya B (müvafiq üç imtahan fənni üzrə);

 

- Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).”.

 

Qeyd edək ki, hər il keçid ballarının minimum və maksimum hədləri əsasında Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR