Burada sizin reklamınız ola bilər

Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb
30 İyul 2020 , 17:29

Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb


Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb.

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Primetime.az-a verilən məlumata görə, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır.

 

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR