Burada sizin reklamınız ola bilər

Əcnəbilər Azərbaycanda 279 milyonluq əməliyyat aparıb
30 İyul 2020 , 17:58

Əcnəbilər Azərbaycanda 279 milyonluq əməliyyat aparıb


Koronavirus COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub.

 

Primetime.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, bunun nəticəsində cari ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23,7 milyon manat təşkil edib.

 

Ümumilikdə isə bu ilin yanvar-iyun ayında isə əcnəbilər ölkəmizdə bank kartları vasitəsilə 279,7 milyon manatlıq əməliyyatlar aparıblar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR