Burada sizin reklamınız ola bilər

Lisey və gimnaziyalar üzrə meyarlar təsdiqləndi
30 İyul 2020 , 22:16

Lisey və gimnaziyalar üzrə meyarlar təsdiqləndi


Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları təsdiq edilib.

 

Primetime.az Nazirlər Kabinetinin saytına istinadən lisey və gimnaziyalar üzrə meyarları təqdim edir:

 

 Lisey üzrə meyarlar

 

5.1. Lisey üzrə meyarlar aşağıdakılardır:

5.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

 5.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

 5.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

5.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi;

5.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi;

 5.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

5.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

 5.1.8. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

 

Gimnaziya üzrə meyarlar

6.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla);

5 6.1.2. incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

 6.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

6.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

6.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi;

6.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

 6.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

6.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

6.1.9. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR