Burada sizin reklamınız ola bilər

ÜST:
31 İyul 2020 , 15:59

ÜST: "Azərbaycanda koronavirusa yoluxma halları azalıb"


“İyun ayının sonundan etibarın koronavirusa yoluxanların sayında stabilləşmə, son həftələrdə azalma müşahidə edilir”.

 

Primetime.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu məhdudiyyətlərin nəticəsində olub:

 

“Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Tədbirlər yumşaldıldıqdan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, gələcək tədbirlər daha da yumşaldıla bilər. 5 avqustdan sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR