Burada sizin reklamınız ola bilər

“Hyundai”ı qaçıran Bakı sakini Qala qəsəbəsində saxlanıldı
31 İyul 2020 , 19:39

“Hyundai”ı qaçıran Bakı sakini Qala qəsəbəsində saxlanıldı


Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Primetime.az-a bildirilib ki, iyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılmışdır.Xətai RPİ tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR