Burada sizin reklamınız ola bilər

FIDE yeni reytinq siyahısını açıqladı
31 İyul 2020 , 20:55

FIDE yeni reytinq siyahısını açıqladı


Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqustun 1-nə olan reytinq siyahısını açıqlayıb.

 

Primetime.az xəbər verir ki, yeni reytinq siyahısına görə, şahmatçılarımızın mövqeyində cüzi dəyişiklik olub.

 

Belə ki, təmsilçimiz Teymur Rəcəbov (2765) əvvəlki kimi 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pilləni (2764) tutur.

 

Daha iki şahmatçımız, Qədir Hüseynov (2665, 72-ci yer) və Nicat Abasovun (2664, 74-cü) mövqeyi dəyişməz qalsa da, Rauf Məmmədov (2654) iki pillə geriləyərək 91-ci sırada qərarlaşıb.

 

Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.

 

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.

 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə mövqeyini qoruyub (2443, 29-cu yer). İlk yüzlükdə yer alan digər iki şahmatçımız 1 pillə irəliləyiblər. Gülnar Məmmədova (2382) 75-ci, Xanım Balacayeva (2376) 85-ci yerə yüksəliblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR