Burada sizin reklamınız ola bilər

Nazirlik 319 əməkdaşını cəzalandırıb
01 Avqust 2020 , 12:51

Nazirlik 319 əməkdaşını cəzalandırıb


Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

 

Primetime.az-a daxil olan məlumata görə, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

 

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR