Burada sizin reklamınız ola bilər

Dənizdə batan 2 nəfərdən birinin cəsədi tapıldı
01 Avqust 2020 , 13:22

Dənizdə batan 2 nəfərdən birinin cəsədi tapıldı


Ötən gün Sumqayıtda dənizdə batan iki nəfərdən birinin cəsədi tapılıb. 

 

Primetime.az xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilib ki, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR