Burada sizin reklamınız ola bilər

17 yaşlı gənclər evdən oğurluq etdi
01 Avqust 2020 , 14:20

17 yaşlı gənclər evdən oğurluq etdi


Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

 

Primetime.az-ın verdiyi xəbərə görə, iyulun 18-dən 21-dək olan müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, S. İbrahimxəlilov küçəsində yerləşən evlərdən birindən 40 dollar və 4 min manatlıq qızıl oğurlanıb. 

 

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlülər - Cəsur Həsənov və Elcan Abdullazadə Səbail RPİ 41-ci PB əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR