Burada sizin reklamınız ola bilər

Bakı sakini 36 yaşlı qayınını bıçaqladı
01 Avqust 2020 , 14:37

Bakı sakini 36 yaşlı qayınını bıçaqladı


Bakının Xətai rayonunda məişət münaqişəsi bir nəfərin bıçaqlanaraq, ağır yaralanması ilə başa çatıb.
 

Primetime.az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 31-də saat 21:00 radələrində 1987-ci il təvəllüdlü paytaxt sakini Seymur Məlikov 1984-cü il təvəllüdlü qayını Elmir Hüseynovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
 

Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
 

Cinayətin törədilməsində şübhəli bilinən şəxs tutulub, onun barəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (ağır xəsarət yetirmə) üzrə cinayət işinə başlanılıb.  

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR