Burada sizin reklamınız ola bilər

ABŞ-da koronavirus sürətlə yayılır
01 Avqust 2020 , 17:00

ABŞ-da koronavirus sürətlə yayılır


ABŞ-da son 24 saat ərzində COVID-19 virusuna 67 023 nəfər yoluxub və həmin xəstəlikdən 1 259 nəfər dünyasını dəyişib.

 

Primetime.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə əvvəlki gün bu göstəricilər müvafiq olaraq 67 619 və 1 233 olub. Bütövlükdə koronavirus pandemiyası başlayandan bu yana ABŞ-da 4 562 170 nəfər yoluxub ki, bunlardan 153 mindən çoxu ölüb, 1,4 milyondan çoxu da sağalıb.

 

Universitetin məlumatına görə bütün dünyada indiyədək koronavirusa 17,6 milyondan artıq insan yoluxub ki, bunlar arasında 679 mindən çox ölən, 10,3 milyondan artıq sağalan var.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR