Burada sizin reklamınız ola bilər

Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı
01 Avqust 2020 , 19:49

Süni tənəffüs cihazında olan koronaviruslu xəstələrin sayı azaldı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 1-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Primetime.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 5 229 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 267 nəfər reanimasiyada, 64 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün süni tənəffüs cihazında olanların sayı 68 idi. Ümumilikdə 32 157 nəfər virusa yoluxub, 26 474 nəfər sağalıb.

 

Qeyd olunub ki, bu gün 7 283 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 732 236 test aparılıb.

 

Qeyd edək ki, bu gün 279 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 592 nəfər sağalıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR