Burada sizin reklamınız ola bilər

Məşhur cütlük bu səbəbə görə ayrılıblar
01 Avqust 2020 , 20:28

Məşhur cütlük bu səbəbə görə ayrılıblar


Türkiyəli aktrisa Hande Erçellə müğənni Murad Dalkılıçın  3 illik münasibətlərini bitirməsinin əsl səbəbi ortaya çıxıb.

 

Primetime.az xəbər verir ki, yeni bir serialda rol alan Hande ana olmağın karyerasında əngəllər yaradacağını deyib. Hər fürsətdə ata olmaq istədiyini deyən Dalkılıç aktrisadan gözlədiyi cavabı ala bilməyib. Erçel sevgilisinə "Evlənək, amma bir neçə il ana olmaq istəmirəm" sözlərini söyləyib. Murad xəyal qırıqlığına uğrayıb.

 

Uşaq məsələsində fikir ayrılığı yaşayan cütlük ayrılma qərarı verib. Erçel hər dəfə Muradla dost qaldıqlarını desə də, müğənni daha əsəbi reaksiya verib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR