Burada sizin reklamınız ola bilər

ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
02 Avqust 2020 , 11:09

ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

 

Primetime.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir. Komitə yekdilliklə razılaşıb ki, beynəlxalq narahatlığa səbəb olan pandemiya hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaradır.

 

Komitə bu rejimin uzadılması ilə bağlı tövsiyəsini ÜST-ün baş direktoru Tedros Adan Qebreyesusa təqdim edib, sonuncu bununla razılaşıb.

 

Xəbərdə bildirilib ki, bununla əlaqədar olaraq komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR