Burada sizin reklamınız ola bilər

Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı
03 Avqust 2020 , 19:41

Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA


“Epidemioloji vəziyyət nəzərə alınmaqla, dövlət orqanlarının işçilərinin hansı say tərkibində işə çıxması məsələsi müzakirə olunmaqdadır”.
 

Primetime.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 

Onun sözlərinə görə, hazırda yay mövsümü olduğu üçün dövlət orqanlarında iş yükü azalıb:
 

“Dövlət orqanlarının işçilərinin məhdudlaşdırıcı və ya növbəli prinsiplərlə işə çıxması müzakirə olunur. Dövlət qurumlarının iş yükü nəzərə alınmaqla qərar veriləcək”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR