Burada sizin reklamınız ola bilər

Bölgələrə leysan yağıb, sel olub -
03 Avqust 2020 , 20:00

Bölgələrə leysan yağıb, sel olub - Faktiki hava


Saat 19:00-a olan faktiki hava açıqlanıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Primetime.az-a verilən məlumata əsasən, Bakı, Maştağa, Pirallahı Naxçıvan, Naftalan, Oğuz, Şəki, Mərəzə, Xaçmaz, Qusar, Kürdəmir, Kişçay (Şəki), Daşkəsən, Göygöl, Quba, Yevlax, Göyçay, Sabirabad, Xınalıq, Nabran, Şahdağ, Lerik, Cəfərxan,  İmişli, Salyan, Qazıməmməd, Netfçala, Biləsuvar, Lənkəran, Astara, Qrızda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 

Yağan leysan yağışlar nəticəsində Talaçay, Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.
 

Şimal-qərb küləyi arabir  Neftçalada 22 m/s, Bakıda və Qum adasında 28 m/s, Maştağada 25 m/s,  Çilov adasında 22 m/s, Pirallahıda 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü  4.5 metrə  çatıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR