Burada sizin reklamınız ola bilər

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma
04 Avqust 2020 , 17:10

Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma


Azərbaycanda koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 

Bu barədə Primetime.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  5 nəfər vəfat edib.
 

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 
 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR