Burada sizin reklamınız ola bilər

Fatimə Oksana və Məryəm haqda:
05 Avqust 2020 , 11:57

Fatimə Oksana və Məryəm haqda: "Hamımızın bir düşməni var" - VİDEO


"Ümumiyyətlə, mənim düşmənim yoxdur. Düşmən nədir? Hamımızın bir düşməni var. Sənətdə isə yoxdur. Yaxın dostum da yoxdur. Karantindən qabaq da hamı ilə sosial məsafəmi saxlamağı bacarıram. Düşünürəm ki, məni istəməyənlər var". 

 

Primetime.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva ATV telekanalında yayımlanan "Üçümüz" verilişində qonaq olarkən söyləyib. Proqramın aparıcı Elcan Rəsulov qonağına "Oksana Rəsulova ilə münasibətləriniz yaxşıdır?" deyə sual ünvalayıb. 

 

Fatimə ilə bir zamanlar qalmaqal yaşadığı həmkarı ilə indi münasibətlərinin daha yaxşı olduğunu bildirib:

 

"Biz onunla cavanlıqda bir-birmizə qarşı cavanlıq səhvlərimiz olub. Mən onu bilirəm ki, Oksana xasiyyətcə çox gözəl insandır. Allah hamıya o ruhu vermir. O da mənim kimi tez özündən çıxandır. Mən də kibriti yandırırlar, tez özümdən çıxıram, tez də yumşalıram. Artıq neçə ildir ki, mənim Oksana ilə çox gözəl münasibətimiz var. Onun uğurlarına sevinirəm. Son zamanlar onun hind rəqslərində ifasını görmürəm".

 

Fatimə həmkarı Məryəm Süleymanova ilə rəqabət apardığını da etiraf edib:

 

"Mən sənətə təzə başlayanda artıq Məryəm xanım çox tanınmış bir rəqqasə idi. Mənim onunla böyük bir qalmaqalım oldu. Məhkəməyə belə verdi. Mən o vaxtı ispan rəqsini ifa etmişdim. O da dedi ki, "Bu mənim mahnımdır, mənim musiqimdir. Olmaz onu oynamaq"". 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR