Burada sizin reklamınız ola bilər

Nura onlara əsəbləşdi:
05 Avqust 2020 , 12:30

Nura onlara əsəbləşdi: "Çox aciz görünürsünüz!"


“Kim ki müğənnilərə “manıs” deyir, bütün problemlərdə onları müzakirə obyektinə çevirir (qorxaqlığından, çünki evdə arvadına, ərinə, işdə rəhbərinə və s. sözünü deyə bilmir), “xalqın puluyla” filan kimi cümlələrdən istifadə edir, dostluğumu tərk etsin. Sizin kimi qorxaq, dayaz düşüncəli insanlarla heç virtual da dost olmaq istəmirəm”.

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi bu yolla bəzi sosial şəbəkə istifadəçilərini tənqid edib:

 

“Müğənni sizin cibinizə girmir, halal pulunu qazanır. Müğənni deputat deyil, məmur deyil. Hər hansı bir problemə fikir bildirmək kimi məcburiyyəti yoxdur. İnsanlara peşəsinə görə qiymət verən dərrakəsiz insanlarla dost ola bilmərəm. İstəmirəm. Heç bir insanın şəxsiyyətini onun nə peşəsi, nə irqi, nə milliyəti müəyyənləşdirmir. Ömür boyu həyatdakı uğursuzluqlarınızda başqalarını günahlandırmaqdan, paxıllıq və qeybət etməkdən vaz keçin. Çox aciz görünürsüz!”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR