Burada sizin reklamınız ola bilər

Yoluxanların sayı 200-dən aşağı düşdü
05 Avqust 2020 , 16:05

Yoluxanların sayı 200-dən aşağı düşdü


Azərbaycanda koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 

Bu barədə Primetime.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
 

İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. 
 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR