Burada sizin reklamınız ola bilər

Braziliyada matəm elan edildi
09 Avqust 2020 , 17:22

Braziliyada matəm elan edildi


Braziliyada yeni növ koronavirusdan ölənlərin sayı 100 mini ötüb. 
 

Primetime.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, son sutka ərzində 905 nəfər koronavirusdan ölüb, bununla da pandemiyanın qurbanlarının sayı 100 543 olub. 
 

Braziliya Ali Məhkəməsi ölkədə matəm elan edib. 
 

Qeyd edək ki, Braziliya koronavirusdan ölüm hallarına görə dünyada ikinci yerdədir. Ölkədə üç milyondan çox insan koronavirusa yoluxub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR