Burada sizin reklamınız ola bilər

Azərbaycanlı “qanuni oğru” azadlığa çıxdı
09 Avqust 2020 , 21:20

Azərbaycanlı “qanuni oğru” azadlığa çıxdı


Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov azadlığa çıxıb.
 

Primetime.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Belarus Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə R.İsmayılovun vaxtından 8 il tez azadlığa çıxmasına dair qərar verib.
 

Qeyd edək ki, “Rəşad Gəncinski” 2018-ci ilin noyabrında iki yaxın adamı ilə bərabər silah və narkotiklərin qanunsuz dövriyəsinə görə saxlanılmışdı. Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanmışdı. R. İsmayılovun Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi bildirilmişdi. Ötən ilin iyulunda isə Belarusun Minsk rayon məhkəməsi azərbaycanlı “qanuni oğru”nu 10 il müddətinə azadlıqdan məhrum etmişdi.
 

Onu da qeyd edək ki, Rəşad İsmayılov “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın şəxslərdəndir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR