Burada sizin reklamınız ola bilər

ARB-nin məşhur aparıcısına nazirlikdə vəzifə verildi
11 Avqust 2020 , 11:43

ARB-nin məşhur aparıcısına nazirlikdə vəzifə verildi - FOTO


ARB telekanalının keçmiş aparıcısı Murad Həşimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Primetime.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

 

Qeyd edək ki, Murad daha əvvəl Mədəniyyət kanalında “Xəbərlər”, İnterAz televiziyasında “Səhər xəbərləri” proqramlarının, Araz FM radiosunda “Səhər” buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı idi.

 

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR