Burada sizin reklamınız ola bilər

Oğuza dincəlməyə gedənlər cərimələndi
11 Avqust 2020 , 12:19

Oğuza dincəlməyə gedənlər cərimələndi


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gedən şəxslərin  müəyyən edilərək barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdirilir. 

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Primetime.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqları aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR