Burada sizin reklamınız ola bilər

Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
11 Avqust 2020 , 12:25

Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu - VİDEO


Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb.

 

DİN-dən Primetime.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib.

 

Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb.

 

Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR