Burada sizin reklamınız ola bilər


11 Avqust 2020 , 12:44

"Həyatdakı ən böyük şükür səbəbim, şansım, həyat ortağım, qəhqəhə aparatım..."


Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı romantik paylaşım edib.

 

Primetime.az xəbər verir ki, sənətçi ərinin ad günündə onla bağlı bu sözləri yazıb:

 

"Səni özünlə, mayanla, kökünlə təbrik etmək istədim. Mayasını tanımadan, bilmədən inancına, əxlaqına, vicdanına, mərhəmətinə, sağlam xarakterinə, sevgisinə, dürüstlüyünə heyran qaldığım və  əksini düşünməyə belə ehtiyac duymadığım, həyatdakı ən böyük şükür səbəbim, şansım, həyat ortağım, yol yoldaşım, qəhqəhə aparatım... Dünyaya geldiyin gün mübarək olsun.

 

Bu həyatda hisslərim və müşahidələrimdə heç vaxt yanılmadım. Sözünə qulaq asdığım ürəyimə heyran olum. O ürəyə hissiyatı verən, qoruyan, yanıltmayan Allahıma da qurban olum. Ceyhun, səni sevdirəni sevirəm. Verdiyin "40 yaşında olmaq nece bir duyğudur?" sualına cavab verməyəə yardımcı olsan sevinərəm".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR