Burada sizin reklamınız ola bilər

Atasına yas mərasimi keçirən oğul cərimələndi
13 Avqust 2020 , 15:29

Atasına yas mərasimi keçirən oğul cərimələndi


Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.
 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Primetime.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər.
 

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR