Burada sizin reklamınız ola bilər

Bakıda 68 yaşlı qadını motosiklet vurdu
14 Avqust 2020 , 21:30

Bakıda 68 yaşlı qadını motosiklet vurdu


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Əlixanova Məlahət Piri qızı yolu keçmək istəyərkən motosiklet onu vurub.


Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Ona sol budunun sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR