Burada sizin reklamınız ola bilər

İctimai nəqliyyat 2 gün işləməyəcək
14 Avqust 2020 , 23:02

İctimai nəqliyyat 2 gün işləməyəcək


Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
 

Primetime.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
 

Qərara əsasən, 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
 

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR