Burada sizin reklamınız ola bilər

İbtidai siniflərdə dərslər belə olacaq
27 Avqust 2020 , 17:30

İbtidai siniflərdə dərslər belə olacaq


Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.

 

Primetime.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur:

 

"Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır".

 

Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır:

 

"Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılmasından asılı olacaq".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR