Burada sizin reklamınız ola bilər

Kimin dərsi nə vaxt başlayır?
27 Avqust 2020 , 22:15

Kimin dərsi nə vaxt başlayır?


Xəbər verdiyimiz kimi, təhsil müəssisələrində tədris sentyabrın 15-də bərpa ediləcək.
 

Primetime.az xəbər verir ki, bu məqamda epidemioloji vəziyyət nəzərə alınacaq.
 

Bağçalar - 15 sentyabr (əyani)

 

Məktəbəhazırlıq -  1 oktyabr ( əyani, həftədə 2 dəfə)
 

1-4-cü siniflər - 15 sentyabr (əyani, həftədə 2-3 dəfə )
 

5-9-cu siniflər - 15 sentyabr (distant)

1 oktyabr -     (əyani, həftədə 2-3 dəfə)
 

10-11-ci siniflər -  15 sentyabr (distant)

15 oktyabr          (əyani, həftədə 2-3 dəfə)
 

Peşə təhsili - 15 sentyabr (distant)

1 oktyabr (əyani)
 

Ali məktəblər
 

1-ci kurs - 1 oktyabr ( əyani)
 

Digər kurslar - 15 sentyabr (distant)
 

Qeyd edək ki, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək. 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur. Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR