Burada sizin reklamınız ola bilər

Ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək
29 Avqust 2020 , 11:27

Ölkəyə qrip əleyhinə vaksinlər gətiriləcək


“Dünyada son statistika heç də ürəkaçan deyil. Avropa ölkələrində yoluxma halları artır. Azərbaycandakı hazırkı vəziyyət isə bizi sevindirir”. 

 

Primetime.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqdə TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri Akif Qurbanov deyib.

 

O qeyd edib ki, bugünkü vəziyyət arxayınlaşdırmamalıdır:

 

“Bizdə mərhələylə yumşalma tədbirləri həyata keçirilir. Qarşıdan payız mövsümü gəlir. Qrip və ona bənzər xəstəliklərin sayı artır. Hazırkı qorunma digər xəstəliklərdən bizi qoruya bilər. Dövlət səviyyəsində mövsümü qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 1-2 ay ərzində bu vaksinlərin ölkəyə gətiriləcək”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR