Burada sizin reklamınız ola bilər

Operativ Qərargah bugünkü yoluxmanın artmasının səbəbini açıqladı
29 Avqust 2020 , 19:53

Operativ Qərargah bugünkü yoluxmanın artmasının səbəbini açıqladı


Operativ Qərargah bu gün koronavirusa yoluxma sayında artımla bağlı məlumat yayıb.

 

Operativ Qərargahdan Primetime.az-a daxil olan məlumatda deyilir:

 

"Aparılmış testlər nəticəsində 29 avqustda 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronovirusla yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub. Artımın səbəbləri araşdırılmış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib.

 

Aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunmuş və onlar COVİD-19 müayinəsindən keçirilib. Nəticədə 5 nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVİD-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur. Hazırda Qobustan həbsxanasında ciddi epidimioloji nəzarət tətbiq edilmiş və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

 

Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən olunub. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olmuşdur. Hazırda həmin müəssisədə epidemoloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR