Burada sizin reklamınız ola bilər

Ledi Qaqa 5 mükafat qazandı, maskaları gündəmi zəbt etdi
31 Avqust 2020 , 15:12

Ledi Qaqa 5 mükafat qazandı, maskaları gündəmi zəbt etdi - FOTO


Ötən gün "MTV Video Music Awards" mükafatlandırma gecəsi baş tutub.

 

Primetime.az xəbər verir ki, pandemiyaya görə tədbir fərqli formada keçirilib. Ulduzlar Nyu-Yorkun açıq havada olan zallarında çıxış ediblər. Bəzi ifaçıların çıxışları isə əvvəlcədən lentə alınıb. Səhnəyə çıxmazdan əvvəl isə ulduzlar qırmızı xalçadan keçiblər. Bu dəfə gecənin qonaqları Ledi Qaqa, Mayli Sayrus, Bella hadid, Meqan Foks, Nikol Riçi və başqaları olub.

 

Mərasimdə ən çox ulduzların geyimindən çox onların taxdığı maskalar gündəm olub. Ən diqqətçəkən müğənni isə Ledi Qaqa olub. 9 nominasiyaya namizəd olan Qaqa bir neçə dəfə paltarlarını dəyişib. O, "MTV-2020"nin 5 mükafatını qazanıb. Ledinin geyimlərindən çox maskaları medianın gündəmini bəzəyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR