Burada sizin reklamınız ola bilər

Anar Kərimovdan daha bir TƏYİNAT
03 Sentyabr 2020 , 17:01

Anar Kərimovdan daha bir TƏYİNAT


Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
 

Nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı nazirliyin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.  
 

Məlumat üçün bildirək ki, Səadət Xələfbəyli 2001-2003-cü illərdə Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib.
 

2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR