Burada sizin reklamınız ola bilər

Neft qiymətləri son 2 ayın minimumunda -
07 Sentyabr 2020 , 17:50

Neft qiymətləri son 2 ayın minimumunda - Səbəb nədir?


Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun oktyabr ayında Asiya və ABŞ alıcıları üçün hər növ xam neftin qiymətlərini endirəcəyi xəbərləri fonunda bazar ertəsi etalon neft markalarının qiymətləri ciddi şəkildə eniş yaşayıb.

 

Primetime.az xəbər verir ki, “London ICE Futures” birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bazar ertəsi  41,95 dollar/barrel təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,71 dollar (1,66%) azdır.
 

Nyu-York Ticarət Birjasında (NYMEX) isə oktyabr ayı üçün “WTI” markalı xam neftinin fyuçersləri bu vaxta qədər 39,16 dollar/barrel təşkil edib ki, bu da əvvəlki sessiyanın səviyyəsindən 0,61 dollar (1,53%) azdır.
 

“Trading Economics”in məlumatına görə, ticarət zamanı hər iki markanın müqavilələri son iki ayda ən aşağı səviyyəyə(“Brent” bir barrel üçün 41,71 dollara, “WTI” 38,75 dollara) düşüb.
 

“Saudi Aramco” keçən həftə sonu ən böyük regional bazarı olan Asiya üçün “Arab Light” markalı neftin qiymətinin ikinci ay ardıcıl olaraq bir barrel üçün 1,4 dollar endiriləcəyini elan edib. Nəticədə, “Arab Light” nefti Oman və Dubaydan gələn neftdən 0,8 dollar ucuz başa gələcək. Asiya müştəriləri üçün “Arab Super Light” və “Arab Extra Light” bir barrel üçün 1,5 dollar, “Arab Heavy” isə 0,9 dollar ucuzlaşacaq.

 

Oktyabr ayında amerikalı müştərilər üçün isə neft qiymətlərindəki enmə bir barrel üçün 0,5/0,7 dollar arasında dəyişəcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR