Burada sizin reklamınız ola bilər

“Çölçü” filmi İtaliyada mükafata layiq görülüb
09 Sentyabr 2020 , 13:27

“Çölçü” filmi İtaliyada mükafata layiq görülüb


Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir uğura imza atıb.

 

Primetime.az xəbər verir ki, MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020 (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti “Çölçü”nü “Ən yaxşı bədii film” mükafatına layiq görüb.

 

COVID-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

 

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012–ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR