Burada sizin reklamınız ola bilər

“Zirə”də yeni təyinat
12 Sentyabr 2020 , 14:17

“Zirə”də yeni təyinat


Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" klubunda yeni təyinat rəsmiləşib. 

 

Primetime.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaur Həşimov “Zirə” Futbol Akademiyasına koordinator təyin edilib. 

 

Qeyd edək ki, Zaur Həşimov 2019/2020 mövsümündə "Zirə"nin baş məşqçisi olub. O, UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR