Burada sizin reklamınız ola bilər

Gürcüstanda yoluxma sayı ilə bağlı ciddi artım
12 Sentyabr 2020 , 15:20

Gürcüstanda yoluxma sayı ilə bağlı ciddi artım


Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 158 nəfər artıb.

 

Primetime.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 2 075-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 19-dur.

 

Bundan əlavə, indiyədək 1 363 nəfər sağalıb. Hazırda 5 882 nəfər karantində, 390 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.

 

Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.

 

Qeyd edək ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan hökuməti bir sıra məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Bundan başqa, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR