Burada sizin reklamınız ola bilər

2 gün əvvəl ölən aktyorun Covid19-a yoluxduğu ortaya çıxıb
12 Sentyabr 2020 , 20:18

2 gün əvvəl ölən aktyorun Covid19-a yoluxduğu ortaya çıxıb


"Zalo" filminin çəkilişləri üçün Malatyada olan və qəfil halı pisləşən aktyor Halil Kumovanın koronavirus testinin nəticəsi pozitiv olub.

 

Primetime.az türk mediasına istinadən xəbər verir ki, çəkiliş meydançasında götürülən test nəticəsində daha 4 nəfərin virusa yoluxduğu ortaya çıxıb.

 

64 yaşındakı Halil qrip olmuş, dərhal xəstəxanaya aparılmış və nəfəs çatışmazlığına görə tənnəfüs aparatına bağlanmışdı. Həkimlərin müdaxiləsinə baxmayaraq aktyoru xilas etmək mümkün olmamışdı. Həmin ərəfədə aktyordan Covid19 testi götürülüb. Hazırda cavabların pozitiv olduğu ortaya çıxıb.

 

"Zalo"nun aktyorlarından olan Sermiyan Midyat da testinin cavabını sosial şəbəkədə paylaşaraq pozitiv çıxdığını açıqlayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR