Burada sizin reklamınız ola bilər

Gülbahar Şükürlünün vəziyyəti pisləşdi
14 Sentyabr 2020 , 11:13

Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır


Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib.

 

Primetime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailə üzvlərindən verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.

 

“Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

 

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR