Burada sizin reklamınız ola bilər

Nadir Gülbahar Şükürlü üçün kömək istədi
15 Sentyabr 2020 , 11:35

Nadir Gülbahar Şükürlü üçün kömək istədi - VİDEO


Müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş Əməkdar artist Gülbahar Şükürlü üçün yardım istəyib. 

 

Primetime.az xəbər verir ki, sosial şəbəkə hesabında video paylaşaraq Mədəniyyət Nazirliyinə müraciət edən Qafarzadə gözyaşlarına hakim ola bilməyib: 

 

 “Əməkdar artist Gülbahar Şükürlü çox ağır vəziyyətdədir. Səhhəti get-gedə ağırlaşır. Bu xanıma kömək lazımdır. Burdan Mədəniyyət Nazirliyinə müraciət edirəm, o xanımla maraqlansınlar. Maddi kömək lazımdır. Biz sənət adamları çoxdandır ki, pul qazanmırıq, iş yoxdur. Bu xanımın da nəyi var idi, yedi, içdi, qurtardı. 

 

Pandemiya dövrü bir çox insanları xəstəliyə saldı, xüsusi ilə də sənət adamları ruhdan düşdülər. Əsəbləşdilər və çərçivədə olmağı bacarmadılar. Hər zaman səhnədə olan yaradıcı insanlar bu vəziyyəti çətin keçirir. Bunlar hamısı üst-üstə gəldi və Gülbahar xanım yataq xəstəsinə çevrildi. Müalicəsini kimsə üzərinə götürməlidir. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm, qoymayın daha bir sənət adamı bizi tərk eləsin, yaşamaq istəyir. Deyəcəklər, Nadir kövrəldi, amma çox çətindir”.


Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR