Burada sizin reklamınız ola bilər

Xalq artistin koronavirusa yoluxan xanımından xəbər var
17 Sentyabr 2020 , 16:47

Xalq artistin koronavirusa yoluxan xanımından xəbər var


 Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko xəstəxanaya yerləşdirilib.

 

Primetime.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Covid19-a yoluxan opera ifaçısı 5 gündür həkim nəzarətində olduğunu bildirib:

 

"İki seçimim var idi: ya evdə oturub, infeksiyaya yoluxmaqdan qorxmaq, ya da onu düşünmədən işləmək, səhnəyə çıxmaq. Mən də ikincini seçdim. Buna görə peşman da deyiləm. Artıq 5 gündür xəstəxanadayam və koronovirusdan müalicə olunuram. Xəstələndiyimi hiss etdiyim gündən özümü izolyasiya etdim. Test nəticəm neqativ olsa da, buna inanmadım. Vaxtında xəstəxanaya gəldim, həkimlər mənə kömək edirlər. Hər şey yaxşı olacaq. Virus deyildiyi qədər də dəhşətli deyil. Həyat yoldaşım Yusifin orqanizmində anticisim aşkar edilib. O, bu xəstəliyi hansısa bir yolla keçirib və ətrafdakılar üçün təhlükəsizdir. Oğlum da yaxşıdır".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR