Burada sizin reklamınız ola bilər

37 yaşlı sənətçi 28 yaşlı basketbolçuya ərə gedib
19 Sentyabr 2020 , 11:52

37 yaşlı sənətçi 28 yaşlı basketbolçuya ərə gedib - FOTO


Ukraynalı müğənni Anna Sedokova üçüncü dəfə ailə həyatı qurub.

 

Primetime.az xəbər verir ki, 37 yaşlı sənətçi 28 yaşlı latviyalı basketbolçu Yanis Timmaya ərə gedib. Mərasim sentyabrın 6-da baş tutub. İdmançı üçün bu nikah ikinci olub. Yanisin Sana adlı qadınla rəsmi nikahda olub. Baksetbolçudan 2 yaşlı oğlu olan Sananın sözlərinə görə, onların ailəsini məhz Sedokova dağıdıb, müğənni isə bunu inkar edib.

 

Anna Sedokova isə mərhum futbolçu Valentin Belkeviçlə ailəli olub. Müğənninin ondan 15 yaşlı Alina adlı qızı var. Sedokovanın ikinci həyat yoldaşı biznesmen Maksim Çernyavski olub. Bu evlilikdən onların Monika adlı qızları dünyaya gəlib. İyul ayında 9 yaşı tamam olan qız atası ilə ABŞ-da yaşayır. Anna, həmçinin biznesmen Artyom Komarovdan dünyaya gətirdiyi üç yaşlı Qektor adlı oğlunu böyüdür. Komarovdan müğənni doğuşdan qısa müddət sonra ayrılıb.

 

 

 

 

 

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR