Burada sizin reklamınız ola bilər

UEFA-dan Əliyar Ağayevə təyinat
20 Sentyabr 2020 , 17:50

UEFA-dan Əliyar Ağayevə təyinat


Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
 

Primetime.az xəbər verir ki, o, bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək.
 

Ona bu işdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
 

Qeyd edək ki, “Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR