Burada sizin reklamınız ola bilər


21 Sentyabr 2020 , 15:20

"Atalar qızlarına daha çox bağlı olur" - Xanbabayevadan yeni klip


 

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını və klipini təqdim edib.

 

Primetime.az xəbər verir ki, "Sönməyən atəşim" adlı bəstənin sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Ataya həsr edilən ekran işinin rejissorluğunu Delee edib.

 

Z.Xanbabayeva "Deyirlər, atalar qızlarına daha çox bağlı olur, onları daha çox qoruyurlar. Bu sevgi qarşılıqlı olur. Sözlərlə ifadə oluna bilməyəcək qədər dəyərli və güclü hisslər: Ata və qızı" deyərək, yeni işi haqda fikir bildirib. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR