Burada sizin reklamınız ola bilər

Türkiyədə istirahət edən Xatirə xəstəxanadan görüntülərini paylaşıb.
23 Sentyabr 2020 , 14:05

Türkiyədə istirahət edən Xatirə xəstəxanadan görüntülərini paylaşıb.


Uzun müddətdir ki, həyat yoldaşı Fəxrəddinlə İstanbulda olan müğənni Xatirə İslam xəstəxanadan görüntülərini paylaşıb.

 

Primetime.az xəbər verir ki, o xəstəxana yatağında palataya aparılan müğənni kameraya əl edir. Sənətçi məsələ ilə bağlı açıqlama yayaraq, mədəsindən əməliyyat olunduğunu bildirib:

"Mədəmdən müalicə alıram. 8 ildir ki, ağrıyırdı. Görək bundan sonra necə olacaq. Yəqin ki, çox yeməkdəndir. Qaldı ki, bəzi estetik etdiyimi düşünənlərə demək istəyirəm ki, insan ağzını tam bağlayıb, ac qalmasa, o heç vaxt arıq ola bilməz. Yediyiniz, içdiyiniz su belə kökəlmə verir. Bu isə bütün qidaların suni olması və yaşayış tərzimizə bağlıdır.  Yəni gördüyünüz o arıqlar aylarla ac qalır. O da bir şey deyil. Hələ ki, elə bir istəyim yoxdur. Mən 59 kilodan 79-a gəldim. Düzdür burada Bakıda etdiyim qeyri-peşəkar başqa bir müalicəm səbəbkardır. Yəni yemədən dərmanlar məni məhv etdi. Çünki, Emilə ya bacı, ya qardaş arzulayırdım. Çox uğursuz bir iş oldu və sonda da bu çəkiyə gəldim.

 

Boşuna şişməyim özümə qaldı. Nə isə mən bunu da vaxtı gələndə yazacağam. Hansı həlimə inanmaq lazımdır. Can ağrımağa başladısa insana nə gözəllik maraqlıdrı, nə arıqlıq, nə də estetiklər".

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Türkiyədə istirahət edən Xatirə xəstəxanadan görüntülərini paylaşıb.

primetime.az (@primetime_az)'in paylaştığı bir gönderi ()

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR